Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsas­namə”yə uyğun olaraq, icra məmuru vəzifələrinə müsabiqə elan etmişdir. Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, sənədlərin qəbulu 2016-cı il yanvar ayının 10-dək uzadılmışdır. İcra məmuru vəzifələrinə ali hüquq təhsilli, 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. İcra məmuru vəzifələrinə işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər 2 ədəd arxası ağ fonda 3x4 sm ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət formasını doldurmaq üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə müraciət edə bilərlər.

Əlavə məlumatlar almaq üçün 545-00-69; 545-22-30 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar