İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Şərur rayonunun Kürçülü icmasının tender komissiyası icma qrupunun hazırladığı “Elektrik sistemlərinin təmiri və genişləndirilməsi” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
* Maraq məktubu
* Nizamnamə
* Maddi-texniki baza və insan resursları barədə məlumat
* Son illərdə infrastrukturtipli layihələrdə iş təcrübəsinin olması
* Maliyyə vəziyyəti barədə arayış
Qeyd olunmuş sənədlər toplusunu 10 noyabr 2015-ci il, saat 1800-ə kimi tender komissiyasına təqdim etmək lazımdır.

Şərur rayonu, Kürçülü kəndi tender komissiyası
icma qrupunun sədri Elmar Kərimov
Əlaqə telefonu: (051) 943-06-75