Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində dərzi peşəsi üzrə kurs təşkil edir.
Tədrisin müddəti 3 aydır. Muxtar respublikanın rayonları üzrə tələbat aşağıdakı kimidir:

 

Əqli və fiziki potensialları dərzi peşəsi üzrə çalışmağa uyğun olan sağlamlıq imkanları məhdud şəxslər də müraciət edə bilərlər.
Kursu müvəffəqiyyətlə bitirənlər qeyd olunan kəndlərdə fəaliyyət göstərən xidmət mərkəzindəki dərzi sexlərində işlə təmin olunacaqlar.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2015-ci il noyabr ayının 20-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış.

Əlaqə telefonu: 545-32-33