Fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya büdcə hesabına, qiyabi şöbəyə

Azərbaycan ədəbiyyatı (5716.01) – 1 yer
Vətən tarixi (5503.02) – 1 yer
Müəssisələrin təşkili və idarə olunması (5311.01) – 1 yer.
Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul edilirlər.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi isə 4 ildir. Fəlsəfə doktoru pro­qramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
● ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərliyinin adına)

● kadrların şəxsi qeydiyyat vərəqi
● tərcümeyi-hal
● iş yerindən xasiyyətnamə
● 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə)
● iş stajı olanlar üçün əmək kitabçasından çıxarış
● çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
● ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadət­namə)
● şəxsiyyəti təsdiq edən sənədin surəti.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya büdcə hesabına, qiyabi şöbəyə

Arxeologiya (5505.02) – 1 yer
Vətən tarixi (5503.02) – 1 yer
Qeyri-üzvi kimya (2303.01) – 1 yer.

Elmlər doktoru hazırlığı üzrə dissertanturaya büdcə hesabına, qiyabi şöbəyə

Vətən tarixi (5503.02) – 1 yer
Yarımkeçiricilər fizikası (2220.01) – 1 yer.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi isə 5 ildir. Elmlər doktoru pro­qramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
● ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərliyinin adına)
● kadrların şəxsi qeydiyyat vərəqi
● tərcümeyi-hal
● 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə)
● iş yerindən xasiyyətnamə
● əmək kitabçasından çıxarış
● çap olunmuş elmi işlərin siyahısı
● fəlsəfə doktoru və ya elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti
● ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti
● şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə ali və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Sənədlər 20 oktyabr 2015-ci il tarixdən 5 noyabr 2015-ci il tarixədək aşağıdakı ünvanda qəbul edilir:
AMEA Naxçıvan Bölməsinin əsas binası, 3-cü mərtəbə, Təhsil və kadrlar şöbəsi.

Əlavə məlumat üçün əlaqə
telefonu: (036)-544-65-97