Dövlət ali təhsil müəssisələrinin hüquq­şünaslıq ixtisasını bitirmiş namizədlər üçün
1) Təhqiqatçı vəzifəsinə:
Culfa Rayon Polis Şöbəsi (1 yer), Şahbuz Rayon Polis Şöbəsi (1 yer).
2) Polis sahə inspektoru vəzifəsinə:
Naxçıvan Şəhər Polis İdarəsi (1 yer), Babək Rayon Polis Şöbəsi (1 yer), Culfa Rayon Polis Şöbəsi (1 yer), Ordubad Rayon Polis Şöbəsi (2 yer), Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi (1 yer), Şahbuz Rayon Polis Şöbəsi (1 yer), Şərur Rayon Polis Şöbəsi (1 yer), Şərur Rayon Polis Şöbəsinin İbadulla Polis Bölməsi (4 yer).

Dövlət ali təhsil müəssisələrini bitirmiş
pedaqoji təhsilli namizədlər üçün
3) Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə:
Culfa Rayon Polis Şöbəsi (1 yer), Şərur Rayon Polis Şöbəsinin İbadulla Polis Bölməsi (1 yer).

Müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir

Test imtahanları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təsdiq olunmuş proqramlara və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən suallar üzrə keçirilir.
Müsahibə test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müsabiqə komissiyası tərəfindən aparılır.
Müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquq və ya pedaqoji təhsil (pedaqoji təhsilli mütəxəssislər gələcəkdə polisin digər xidmət sahəsinə dəyişilməmək şərti ilə) almış, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Daxili işlər orqanlarında xidmətə qəbul olmaq istəyən şəxslər bu elanda göstərilmiş ünvanda yerləşən Daxili İşlər Nazirliyinin müsabiqə komissiyasına müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
* Şəxsiyyət vəsiqəsi
* Ali təhsil haqqında diplom
* Hərbi bilet (kişilər üçün)
* Əmək kitabçası (olanlar üçün)
Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır. Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında (Naxçıvan şəhəri, Nizami küçəsi, 32) 2015-ci ilin oktyabr ayının 17-dən noyabr ayının 17-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 1000-dan 1700-dək qəbul olunur.
Əlaqə telefonları – 545-08-10 (daxili 155, 156)