Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə müvafiq olaraq aparılır.
Müsabiqəyə sənəd qəbulu 12.10.2015-ci il tarixdən 12.11.2015-ci il tarixədək aparılır. İştirak etmək istəyənlər aşağıdakı sənədləri nazirlikdə yaradılmış komissiyaya təqdim etməlidirlər:

1. Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş formada ərizə (blank Vergilər Nazirliyi tərəfindən verilir)
2. 3x4 santimetr ölçüdə 2 ədəd (ağ fonda) fotoşəkil
3. Ali təhsil barədə diplom (xarici ölkədə təhsil almış namizədlərin diplomları qanuna müvafiq qaydada notarifikasiya olunmalıdır)
4. Əmək kitabçasının əsli və ya təsdiq olunmuş surəti (son iş yeri barədə qeydin olması şərti ilə)
5. Şəxsiyyət vəsiqəsi
6. Hərbi bilet.
Sənəd qəbulu zamanı əyani şöbədə ali təhsil alan, hərbi xidmətdə olmayan, ali təhsilə malik olmayan, yaşı 35-i keçmiş, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən və üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən vətəndaşların sənədləri qəbul edilmir. Müsabiqədə yalnız hərbi xidmətə tam yararlı (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla), iqtisadiyyat, hüquq və beynəlxalq iqtisadi münasibətlər üzrə ixtisas sahələrindən birinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqəni müvəffəqiyyətlə keçmiş namizədlərə yalnız aşağıda göstərilən 34 sayda vakant yer üzrə iş təklif ediləcəkdir.
1. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi – 15 yer
2. Naxçıvan Şəhər Vergilər İdarəsi – 1 yer
3. Şərur Rayon Vergilər Şöbəsi – 1 yer
4. Babək Rayon Vergilər Şöbəsi – 3 yer
5. Ordubad Rayon Vergilər Şöbəsi – 4 yer
6. Kəngərli Rayon Vergilər Şöbəsi – 4 yer
7. Şahbuz Rayon Vergilər Şöbəsi – 4 yer
8. Sədərək Rayon Vergilər Şöbəsi – 2 yer
Qeyd: Müsabiqəni müvəffəqiyyətlə keçmiş hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olan namizədlər fəaliyyətləri ləğv olunmadan işlə təmin olunmurlar.
Namizəd ona təklif olunan vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.
Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.

Əlaqə telefonu: 544-72-97