Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi mərkəzi aparat və struktur qurumlarında adları aşağıda qeyd olunan ixtisaslar üzrə yaşı 30-dək və bu işdə müəyyən təcrübəsi olan şəxsləri hərbi xidmətə və dövlət qulluğuna dəvət edir:
1. Tikinti sahəsi üzrə ali tədris müəssisələrini bitirmiş və ən azı 3 il iş təcrübəsinə malik mütəxəssislər
2. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, ətraf mühitin və insanların radiasiya təhlükəsizliyi üzrə mütəxəssislər
3. Dağ-mədən və geologiya ixtisası üzrə mütəxəssislər
4. Hüquqşünas
5. Mühasib
6. Həkim və feldşer
7. Rabitə və informasiya texnologiyaları ixtisası üzrə mütəxəssislər
8. Sularda xilasetmə işlərini bilən və bu sahədə müəyyən təcrübə keçmiş şəxslər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, cinayət törətdiklərinə görə əvvəllər məhkum edilmiş və tibbi rəyə əsasən fiziki və əqli qüsurları olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə və törətdikləri cinayətə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan şəxslər işə qəbul olunmurlar.
Sənədlər Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi) 1 oktyabr 2015-ci il tarixdən 30 oktyabr 2015-ci il tarixədək hər gün (bazar günləri istisna olmaqla) saat 1000-dan 1800-dək qəbul olunacaqdır.