Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin nəzərinə çatdırır ki, 2016-cı ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin vaxtında və keyfiyyətli aparılması üçün yüksək reproduksiyalı, torpaq-iqlim şəraitinə uyğun gələn, rayonlaşdırılmış taxıl sortlarından istifadə edilməlidir. Belə toxumlarla əkin aparıldıqda məhsuldarlıq 20-30 faiz və daha çox artır.
Hazırda muxtar respublikada fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarında yüksəkkeyfiyyətli toxum tədarük edilmişdir. Keyfiyyətli taxıl toxumları əldə etmək üçün torpaq mülkiyyətçiləri aşağıdakı ünvanlara müraciət edə bilərlər:
1. “Naxçıvan Aqrolizinq” ASC-nin mərkəzi və rayon bazaları
2. “Bərəkət” toxumçuluq təsərrüfatı – Naxçıvan şəhəri
3. “Sədi” toxumçuluq təsərrüfatı – Şərur rayonu
4. Şərur “Aqrotexservis” Səhəmdar Cəmiyyətinin toxumçuluq təsərrüfatı – Şərur şəhəri
5. “Təbriz” toxumçuluq təsərrüfatı – Şərur rayonu
6. “Araz” Elm İstehsalat Birliyinin toxumçuluq təsərrüfatı – Babək rayonu.
Məlumat üçün bildirilir ki, hazır­da təsərrüfatlarda rayonlaşdırılmış, yüksək kondisiyalı “Qobustan”, “Quality”, “Quadilop”, “Ceyhan-99”, “Dağ-daş”, “Əzəmətli” və sair toxumluq taxıl sortları vardır. Bir kiloqram toxumun satış qiyməti 50 qəpikdir.