İkinci Kənd İnvestisiya Layihəsi əlavə maliyyələşmə mərhələsi çərçivəsində Babək rayon Xəlilli icması tərəfindən müəyyən edilmiş prioritet ehtiyaclara əsaslanan “Elektrik sistemlərinin bərpası və genişləndirilməsi” infrastruktur layihələri həyata keçirilir.
Naxçıvan zonasının regional əməliyyatlar ofisi butipli layihələrin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Bununla bağlı Naxçıvan regional əməliyyatlar ofisinə aşağıdakı sənədlər təqdim olunmalıdır:
* Maraq məktubu
* Nizamnamə
* Maddi-texniki və insan resursları barədə məlumat
* Son 3 ildə infrastrukturtipli layihələrdə iş təcrübəsinin olması.
Qeyd olunmuş sənədlər toplusunu 8 iyul 2015-ci il, saat 1800-ə kimi Naxçıvan zonasının regional əməliyyatlar ofisinə təqdim etmək lazımdır.

Ünvan: Naxçıvan şəhəri,
Atatürk küçəsi, 6
Əlaqə telefonu: (036) 545-13-17