Müsabiqəyə xidməti itlərlə işləmək həvəsi, bacarığı və bu sahədə təcrübəsi olan şəxslər dəvət olunur. Qeyd edək ki, kinoloqların tabeçiliyində olan xidməti itlərdən narkotik vasitələrin, odlu silahların və dövriyyəsi qanunla qadağan olunmuş digər malların aşkarlanaraq gömrük nəzarətinə cəlb olunması məqsədilə istifadə edilir.
Muxtar respublika gömrük orqanlarında kinoloji xidmətə işə qəbulla bağlı müsabiqə sınaq və müsahibə mərhələlərindən ibarət olacaq. Müsabiqədə hər bir namizədin bu sahədəki təcrübəsi, ümumi dünyagörüşü, gömrük orqanlarında xidmət etməyə yararlı və layiqli olması yoxlanılacaq.
Müsabiqəyə yaşı 40-a qədər olan şəxslər buraxılacaq.
Maraqlananlar Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edə bilərlər.

Əlaqə telefonları:
(036) 544-49-60; 544-49-72