Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində “fotoqraf” peşəsi üzrə kurs təşkil edir.
Tədris müddəti 2 aydır. Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2015-ci il aprel ayının 18-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:

1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış.

Əlaqə telefonu: 545-32-33