Hərracda qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan fərdi yaşayış evinin ilkin satış qiymətinin 5 % məbləğində beh “Bank of Azerbaijan” ASC 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 nömrəli hesaba 13 mart 2015-ci il tarixədək ödənilməlidir. Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qa­nunvericilikdə müəyyən edil­miş iştirak haqqı Auk­sion Mərkəzinin Maliyyə Nazirliyindəki №AZ 21 NABZ12360100000000005944 nömrəli hesabına köçürülür.

Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Heydər Əliyev prospekti 6) 13 mart 2015-ci il tarixə qədər hər gün saat 900-dan 1800-dək qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan müəssisənin sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün komissiyaya aşağıdakı sənədlər təqdim olunur:
- Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş ­formada sifariş;
- “Bank of Azerbaijan” ASC-nin 12 saylı Naxçıvan filialı tərəfindən müəyyən edilmiş behin hesaba ödənilməsini təsdiq edən ödəmə sənədinin surəti;
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 19 mart 2015-ci il tarixdə saat 1000-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.


Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38