Müsabiqədə iştirak etmək istəyənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələlə­ri üzrə Komissiyanın internet saytına (www.dqmk.nmr.az) daxil olmaqla elektron müraciət formasını doldurmalı və tələb olunan sənədləri 17 fevral 2015-ci il tarixdən 18 mart 2015-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 23) şəxsən təqdim etməklə elektron ərizələrini (həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dən 1730-dək) təsdiq etdirməlidirlər.
Vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
• şəxsiyyəti təsdiq edən sənəd
• ali təhsil haqqında sənədlər
• əmək kitabçası və ya surəti (olduğu təqdirdə)
• 1 ədəd ağ fonda rəngli fotoşəkil (3x4 ölçüdə)
Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.
Qeyd: Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.


Əlavə məlumat almaq üçün: e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: 545-65-71