Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində “xalçaçı” peşəsi üzrə kurs təşkil edir.
Tədrisin müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2015-ci il fevral ayının 16-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə Məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:

1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33