Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nağdsız ödəmələrin dövriyyəsinin artırılması, vətəndaşların vaxt itkisinin azaldılması və rahatlığının təmin olunması məqsədilə xidmətdə POS-terminal aparatının quraşdırılmasını təmin etmişdir.
Vətəndaşlar xidmətə müraciət edərkən bank mənsubiyyətindən asılı olmayaraq, istənilən plastik kart vasitəsilə xidmət tərəfindən göstərilən müxtəlif növ xidmətlər üçün xidmətin inzibati binasında POS-terminal aparatı ilə ödəniş apara bilərlər.