Post-patrul xidmətinin polis nəfəri vəzifəsinə:
Naxçıvan Şəhər Polis İdarəsi – 1 yer, Babək Rayon Polis Şöbəsi – 2 yer, Ordubad Rayon Polis Şöbəsi – 2 yer, Culfa Rayon Polis Şöbəsi – 2 yer.
Yol-patrul xidməti inspektoru vəzifəsinə:
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi – 2 yer, Naxçıvan Şəhər Polis İdarəsi – 1 yer, Babək Rayon Polis Şöbəsi – 1 yer.
11 vakant vəzifəni tutmaq məqsədilə keçirilən müsabiqədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 180 santimetrdən (qadınlar üçün 170 santimetr) yuxarı olan, düzgün bədən quruluşlu və idman cüssəli, tam və ya orta ixtisas və ya ali təhsilli (yol-patrul xidməti inspektoru vəzifələrinə isə avtomobil nəqliyyatına aid olan orta ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi və kompüterlərlə işləmək qabiliyyəti olan) və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Şərtlərə uyğun gələn, müsabiqədə iştirak etmək arzusu olan şəxslər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
-şəxsiyyət vəsiqəsi;
-təhsil haqqında sənədin əsli;
-hərbi bilet (kişilər üçün);
-əmək kitabçası (olanlar üçün).
Təqdim olumuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılaraq onun sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.
Müsabiqə test imtahanları və müsahibə olmaqla, iki mərhələdə keçiriləcəkdir. Test imtahanını müvəffəqiyyətlə vermiş namizəd müsahibəyə buraxılacaqdır.
Müsabiqədə iştirak etmək üçün sənədlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında (Naxçıvan şəhəri, Nizami küçəsi 32) 2014-cü il noyabr ayının 11-dən dekabr ayının 11-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 1000-dan 1700-dək qəbul olunur.

Əlaqə telefonları: 545-08-10
(daxili 155, 156).