Ali hüquq təhsilli mütəxəssislər üçün
1) Təhqiqatçı vəzifəsinə:
Şahbuz Rayon Polis Şöbəsi – 1 yer
2) Polis sahə inspektoru vəzifəsinə:
Naxçıvan Şəhər Polis İdarəsi – 1 yer, Babək Rayon Polis Şöbəsi – 2 yer, Culfa Rayon Polis Şöbəsi – 2 yer, Ordubad Rayon Polis Şöbəsi – 5 yer, Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi – 2 yer, Şahbuz Rayon Polis Şöbəsi – 3 yer, Şərur Rayon Polis Şöbəsi – 8 yer, Şərur Rayon Polis Şöbəsinin İbadulla Polis Bölməsi – 2 yer.

3) Müstəntiq vəzifəsinə:
Şərur Rayon Polis Şöbəsi – 1 yer
4) Post-patrul xidməti taqımının komandiri vəzifəsinə: Culfa Rayon Polis Şöbəsi – 1 yer, Şərur Rayon Polis Şöbəsi – 1 yer, Babək Rayon Polis Şöbəsi – 1 yer.
Pedaqoji təhsilli mütəxəssislər üçün
5) Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektor vəzifəsinə:
Culfa Rayon Polis Şöbəsi – 1 yer, Şərur Rayon Polis Şöbəsi – 1 yer, Babək Rayon Polis Şöbəsi – 1 yer, Şahbuz Rayon Polis Şöbəsi – 1 yer, Ordubad Rayon Polis Şöbəsi – 1 yer
Müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir.
Test imtahanları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təsdiq olunmuş pro­qramlara və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən suallar üzrə keçirilir.
Müsahibə test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən aparılır.
Müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquq və ya pedaqoji təhsil (pedaqoji təhsilli mütəxəssislər gələcəkdə polisin digər xidmət sahəsinə dəyişilməmək şərti ilə) almış, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Daxili işlər orqanlarında xidmətə qəbul olmaq istəyən şəxslər bu elanda göstərilmiş ünvanda yerləşən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müsabiqə Komissiyasına müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
-şəxsiyyət vəsiqəsi;
-ali təhsil haqqında diplom;
-hərbi bilet (kişilər üçün);
-əmək kitabçası (olanlar üçün).
Təqdim olunmuş sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında (Naxçıvan şəhəri, Nizami küçəsi 32) 2014-cü il noyabr ayının 11-dən dekabr ayının 11-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 1000-dan 1700-dək qəbul olunur.

Əlaqə telefonları: 545-08-10
(daxili 155, 156)