Müsabiqədə iştirak etmək istəyənlər 15 sen­tyabr 2014-cü il tarixdən 15 oktyabr 2014-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 23) müraciət edərək müraciət formasını doldurmalıdırlar. Sənədlər şəxsən (həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dən 1730-dək) təqdim edilməlidir.
Vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənəd
• ali təhsil haqqında sənədlər
• əmək kitabçası və ya surəti (olduğu təqdirdə)
• 2 ədəd ağ fonda rəngli fotoşəkil (3 x 4 sm ölçüdə)

Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.

Əlaqə telefonu: 545-65-71