Azərbaycanın və dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinə, orta ixtisas məktəblərinə və hərbi liseylərinə qəbul olmaq istəyən şagird və dinləyicilər kursun xidmətlərindən istifadə edə bilərlər. Dinləyicilər aşağıdakı hazırlıq məşğələlərində iştirak edə bilərlər:
◆ V, VI, VII, VIII, IX, X, XI sinif şagirdləri
◆ Magistraturaya qəbul olmaq istəyən bakalavrlar
◆ Dövlət qulluğuna imtahanlara hazırlaşmaq istəyən şəxslər
◆ Xarici dillər (ingilis, fransız, rus, alman) üzrə danışıq dillərini öyrənmək istəyənlər
◆ Kompüter biliklərini mənimsəmək istəyənlər
◆ Məntiq kursları
◆ Mental Aritmetik kurslar ( 6-14 yaşlı uşaqlarda – əqli riyaziyyat və yaddaş texnikası proqramları, uşaqların yaddaş, qavrama, xəyal gücünü, hər sahədə sürətliliyi, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını, beyin yarımkürələrinin paralel istifadəsini inkişaf etdirir).
◆ Məşğələlər qəbul imtahanı modelinə uyğun olaraq 3, 4 və 5 fənn üzrə aparılır.
◆ Məşğələlər həftədə 3 gün olmaqla, qruplar üzrə 9, 12, 15 və 18 saat keçirilir.
◆ Kursumuzda dərslər ixtisası üzrə təcrübəli müəllimlər tərəfindən tədris olunur.
◆ Hər mövzu sonrası şagird və dinləyicilərə mövzuları daha dərindən qavradan və testlərin həll metodunu öyrədən kiçik yoxlama testləri (sinif testi) keçirilir.
◆ Ayda bir dəfə qəbul imtahanı səviyyəsində hazırlanan sınaq imtahanları keçirilir.
◆ Kurs dinləyiciləri və şagirdlər bir sıra kateqoriyalar üzrə güzəştlərdən faydalana bilərlər.
◆ Sınaq imtahanının nəticələri optik oxuyucu vasitəsi ilə oxunub qiymətləndirilir və şagirdlərə, dinləyicilərə nəticə vərəqəsi verilir. Nəticə vərəqəsində şagirdin imtahan göstəricisi müfəssəl şəkildə göstərilir.
Hazırlıq kursuna daxil olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. İki ədəd 3x4 sm ölçüdə fotoşəkil
Qeydiyyat hər gün saat 900-dan 1800-dək Tədris-Ticarət Mərkəzinin III mərtəbəsində aparılır.

Əlaqə telefonları: 036-545-74-11
077-345-74-11