Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində ofisiant peşəsi üzrə kurs keçməyə dəvət edir.
Tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il iyulun 8-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33