25 iyun 2014-cü il tarixdə saat 1100-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində əmək yarmarkası keçiriləcək.
Dövlət və özəl müəssisələrin iştirak edəcəyi yarmarkada ixtisasınıza və peşənizə uyğun iş yeri əldə edə bilərsiniz.
Əmək yarmarkasında iştirak edənlər şəxsiyyət vəsiqəsini, əmək kitabçasını, tələbələr isə təhsil almaları haqqında sənədi təqdim etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
Əlaqə telefonu: 545-32-33, 545-18-35