İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisinin əhatə etdiyi Şərur rayonunun Kürkənd icmasının tender komissiyası icma qrupunun hazırladığı “Yolun bərpası” adlı layihənin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
• Maraq məktubu
• Nizamnamə
• Maddi-texniki baza və insan resursları barədə məlumat
• Son üç ildə icra etdikləri işlər haqqında məlumat
• Maliyyə vəziyyəti barədə arayış.
Qeyd olunmuş sənədlər toplusunu 25 iyun 2014-cü il, saat 1800-ə kimi tender komissiyasına təqdim etmək lazımdır.

Şərur rayonu, Kürkənd kəndi, tender komissiyası icma
qrupunun sədri: Vəfadar Ələkbərov
Əlaqə telefonu: (050) 343-76-63