Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 5 % məbləğində beh “Bank of Azerbaijan” ASC 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 nömrəli hesabına və “Kapital Bank” ASC Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin AZ 87 AİİB45090249443100007500 nömrəli hesabına ödənilməlidir.
Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qanunvericilikdə müəyyən edilmiş iştirakçı haqqı Auksion Mərkəzinin Maliyyə Nazirliyindəki №AZ 21 NABZ12360100000000005944 nömrəli hesabına köçürülür.
Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Heydər Əliyev prospekti 6) 27 iyun 2014-cü il tarixə qədər hər gün saat 900-dan 1800-dək qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan müəssisənin sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün komissiyaya aşağıdakı sənədlər təqdim olunur:
- Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
- kommersiya banklarına ödəniləcək behin qəbzi;
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 2 iyul 2014-cü il tarixdə saat 1000-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.
Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38