Pul hərracında qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Pul hərracına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10 % məbləğində beh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ30NABZ12360150000000065944 №li hesabına 25 iyun 2014-cü il tarixədək ödənilməlidir.
Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Heydər Əliyev prospekti 6) 25 iyun 2014-cü il tarixə qədər hər gün saat 900-dan 1800-dək qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər səhmləri satışa çıxarılan müəssisənin emissiya prospekti (özəlləşdirmə planı) ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər. Auksionda iştirak etmək üçün auksion komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
- Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müəyyən edilmiş behin hesaba ödənilməsini təsdiq edən ödəmə sənədinin surəti;
- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Pullu hərrac 30 iyun 2014-cü il, saat 1000-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.
Əlavə məlumatı auksion komissiyasından ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38