Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində elektrik montyoru peşəsi üzrə kurs keçməyə dəvət edir. Tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2014-cü il aprelin 10-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:

1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33