2014-cü il üçün tələb olunan ərzaq məhsullarının satın alınması üzrə açıq tender elan edir
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ərzaq məhsulları üzrə açıq tender üsulu ilə satınalma həyata keçirilir.
Tenderdə iştirak etmək istəyənlər 25 yanvar 2014-cü il tarixdə saat 1300-dək Azərbaycan dilində tərtib olunmuş tenderin “Əsas şərtlər” toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən ala bilərlər.
Tender iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Bütün iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin (fiziki şəxsin) adı, yerləşdiyi ünvan, poçt indeksi, telefon nömrəsi, rəhbərinin adı, soyadı göstərilməklə möhürlənmiş və imzalanmış olmalıdır)
– tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır)
– iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
– iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə 1 fevral 2014-cü il tarixdə saat 1300-dək təqdim etməlidirlər. Təklif zərfləri 1 fevral 2014-cü il tarixdə saat 1400-də qeyd olunan ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender haqqında əlavə məlumatları aşağıdakı ünvandan almaq olar:
Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi
Əlaqələndirici şəxs: Cabbarov Murad Rasim oğlu Telefon: 544-48-34