Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasında təhsil Azərbaycan dilində, əyani formada 3 il müddətinə aparılır. Dövlət təhsilalanların qeyd olunan ixtisas üzrə pulsuz təhsil almaq hüququnu təmin edir.
Hərbi feldşer işi ixtisasına cari ildə tam orta ümumtəhsil müəssisəsini bitirən, sentyabr ayının 15-nə kimi 19 yaşı tamam olmayan və hərbi-həkim komissiyasının rəyinə əsasən təhsil almağa yararlı sayılan oğlanlar qəbul edilir.
Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına qəbul olunmaq istəyən namizədlər 20.04.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək Naxçıvan Tibb Kollecinin direktoruna ərizə ilə müraciət etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
1. “Abituriyentin elektron ərizəsi”nin surəti

2. Şəxsən yazılmış tərcümeyi-hal
3. Doğum haqqında şəhadətnamənin surəti (məktəbin direktoru tərəfindən təsdiq olunmuş)
4. Şəxsiyyət vəsiqəsinin surəti (məktəbin direktoru tərəfindən təsdiq olunmuş)
5. Təhsil aldığı yerdən xasiyyətnamə
6.Tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış “Forma 63”)
7. 2 ədəd rəngli fotoşəkil (3x4)
8. Valideynlərin və ya qəyyumluq edən şəxslərin razılıq ərizələri ( valideynləri vəfat etdiyi halda ölüm haqqında şəhadətnamənin surəti)
9.İstənilən səbəbdən hərbi tibb fakültəsində təhsil almaqdan imtina etməsinin tələbənin Naxçıvan Tibb Kollecindən xaric olunması ilə nəticələnəcəyi barədə abituriyentin götürdüyü öhdəlik
10. Tibbi göstərişlərə görə qanın Vasserman, İİÇV sereoloji reaksiyasına və hepatit B, C daşıyıcılığına müayinəsinin nəticələri
11. Psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi xəstəliklər üzrə qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Qəbul olunmuş namizədə aid sənədlər (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənəd) namizəd tərəfindən Naxçıvan Tibb Kollecinin sənəd qəbulu komissiyasına şəxsən təqdim olunur.