I. Dekan vəzifələri:

1. Pedaqoji fakültənin dekanı
2. Təbiət və incəsənət fakültəsinin dekanı

 II. Kafedra müdiri vəzifələri:

1. Ali riyaziyyat və informatika kafedrasının müdiri
2. Xarici dillər və tədrisi metodikası kafedrasının müdiri
Qeyd: Fakültə dekanı və kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın tələblərinə cavab verən şəxslər iştirak edə bilərlər.

II. Kafedralardakı digər vəzifələr:

1. Azərbaycan dili və ədəbiyyatı kafedrası üzrə:
– Dosent – 2 yer (hər biri 1 ştat)
2. Pedaqogika və psixologiya kafedrası üzrə:
– Baş müəllim – 1 yer (1 ştat)
3. İncəsənət kafedrası üzrə:
– Dosent – 1 yer (1 ştat)
– Dosent – 2 yer (hər biri 0,5 ştat)
4. Ali riyaziyyat və informatika kafedrası üzrə:
– Baş müəllim – 1 yer (0,5 ştat)
Sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini mövcud əsasnaməyə uyğun şəkildə rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana şəxsən təqdim edə və ya göndərə bilərlər.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2,
Naxçıvan Müəllimlər İnstitutu,
Rektorluq
Əlaqə: 545-32-02