Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, 2021-ci ildə “Gəmiqaya Taxıl Məhsulları” MMC və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsulları aşağıda qeyd edilmiş qiymətlərlə satın alınacaqdır:

Arpa – 35 qəpik
Qarğıdalı – 40 qəpik
Buğda – 42 qəpik
Əkinçilərin nəzərinə çatdırılır ki, təqdim olunan məhsulun ödənişi yerində həyata keçiriləcəkdir.
Bildirilir ki, bu məhsulların satın alınması aşağıda göstərilən tarixlərdən başlanılacaqdır:
Arpa – 10 iyun 2021-ci il tarixdən
Buğda – 10 iyul 2021-ci il tarixdən
Qarğıdalı – 20sentyabr 2021-ci il tarixdən
Əkinçilərin nəzərinə çatdırılır ki, təqdim olunan məhsulun ödənişi yerində həyata keçiriləcəkdir.
Yaranacaq suallarla bağlı aşağıda göstərilən əlaqə nömrələrinə müraciət edə bilərsiniz:

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi –
(036)-545-75-77, (050)-615-58-25
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi –
(036)-545-20-39, (050)-250-10-63
“Gəmiqaya Taxıl Məhsulları” MMC – (070)-250-85-81