Naxçıvan Dövlət Universitetində 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 493s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən aşağıdakı qaydada aparılır.
Fəlsəfə doktoru hazırlığı üzrə
doktoranturaya qəbul planı:
Ödənişli əsaslarla, əyani təhsilalma forması:

1. Mühasibat uçotu – 1 yer
2. Müəssisələrin təşkili və idarə olunması – 1 yer
Fəlsəfə doktoru hazırlığı üzrə
dissertanturaya qəbul planı:
Büdcə hesabına:
1. Parazitologiya – 1yer
2. Ümumi iqtisadiyyat – 1 yer
3. Sahə iqtisadiyyatı – 1 yer
4. Vətən tarixi – 1 yer
5. Azərbaycan dili – 1 yer
6. Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 1 yer
7. Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer
8. Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası – 1 yer
9. Beynəlxalq münasibətlər – 1 yer
10. Təbiətin fəlsəfəsi – 1 yer
Ödənişli əsaslarla:
1. Farmakologiya, klinik farmakologiya – 1 yer
2. Kompüter qurğuları və texnologiyası – 1 yer
3. Ümumi iqtisadiyyat – 1 yer
4. Müəssisələrin təşkili və idarə olunması – 2 yer
5. Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası – 1 yer
6. Arxeologiya – 1 yer
7. Dil nəzəriyyəsi – 1 yer
8. Azərbaycan dili – 1 yer
9. Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 3 yer
10. Pedaqoji psixologiya – 1 yer
11. Kulturologiya və onun ümumi məsələləri – 1 yer
Elmlər doktoru hazırlığı üzrə
doktoranturaya qəbul planı:
Büdcə hesabına, qiyabi təhsilalma forması:
1. Botanika – 2 yer (Naxçıvan Müəllimlər İnstitutu üçün məqsədli – 1 yer)
2. Müəllim hazırlığı və fəaliyyəti – 1 yer (Naxçıvan Müəllimlər İnstitutu üçün məqsədli yer)
Elmlər doktoru hazırlığı üzrə
dissertanturaya qəbul planı:
Ödənişli əsaslarla:
1. Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer
Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Doktoranturaya qəbul (habelə dissertanturaya təhkimolunma) üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• 4 ədəd fotoşəkil (3x4 santimetr ölçüdə);
• iş yerindən xasiyyətnamə;
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsili haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
• xarici dil biliklərinə dair beynəlxalq sertifikat (əgər varsa);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 443 nömrəli Qərarı ilə təsdiqlənmiş yeni redaksiyasının tələbləri əsasında aparılır.
Bu tələblərə görə doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər və ya xarici dildən imtahanda keçid balını toplamayan şəxslər fəlsəfə üzrə imtahana buraxılmırlar.
Fəlsəfə fənni üzrə qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir və imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Fəlsəfə üzrə imtahanda iştirak etməyənlər və ya imtahandan keçməyənlər ixtisas fənnindən imtahana buraxılmırlar.
İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) doktoranturaya qəbul olmaq istəyənlər üçün müəyyənləşdirilmiş qaydada keçirilən qəbul imtahanı verirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdır.
Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və nazirliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və nazirliklə razılaşdırmaqla DİM tərəfindən müəyyənləşdirilir.
Sənədlərin qəbulu 25 sentyabr 2020-ci il tarixədək həftənin iş günlərində saat 900-dan 1700-a kimi aparılır.
Əlavə məlumat almaq üçün Naxçıvan Dövlət Universitetinin Elmi Tədqiqatların Əlaqələndirmə Bölməsinə müraciət etmək olar. (Otaq № 207)

Ünvan: Naxçıvan şəhəri,
Universitet şəhərciyi
Naxçıvan Dövlət Universiteti
Əlaqə telefonu:(+994 36) 545-45-59
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.