Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
– qəzet məqaləsi;
– teleradio materialları;
– ədəbi yaradıcılıq (şeir, nəsr və sair);
– rəsm əsəri.
Müsabiqənin keçirilməsində məqsəd:

Müsabiqənin keçirilməsində məqsəd könüllülük fəaliyyətinin tarixinə nəzər salmaq, Naxçıvan könüllülərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, könüllülüyün günümüzdəki inkişafını müxtəlif materiallarla təqdim etmək, könüllülük hərəkatının təbliğatını aparmaqla gəncləri könüllü olmağa həvəsləndirmək, könüllü gənclərin fəaliyyətini stimullaşdırmaq, bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək vermək, iştirakçıların bacarıqlarını və ideyalarını üzə çıxarmaqdır.
Müsabiqədə iştirak:
Yaradıcılıq qabiliyyəti olan 16-29 yaş arası gənclər müsabiqədə iştirak edə bilər. Lakin bu zaman iştirakçı yalnız bir istiqamət seçməlidir.
Müsabiqəyə təqdim olunmuş
materialların qiymətləndirmə meyarları:
– işlərin könüllü fəaliyyəti ilə bağlılığı;
– işlərin bədii səviyyəsi və keyfiyyəti;
– müsabiqənin şərtlərinə cavab verməsi və istiqamətlərdən birini əhatə etməsi;
– ideyanın orijinallığı;
– işin təsiredici qüvvəyə malik olması və mövzunun asan qavranılması;
– yaradıcı yanaşma və mövzunun açılması.
Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı
tələblərə cavab verməlidir:
Teleradio verilişi və qəzet məqaləsi:
Müsabiqəyə təqdim olunan məqalələr müəllifin istəyinə uyğun olaraq “Şərq qapısı” və ya şəhər və rayon qəzetlərində dərc edilməli, “Nuhçıxan” İnformasiya Agentliyində yerləşdirilməli, teleradio materialları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolarda efirə yayımlanmalı, bu zaman “Könüllülük: tarix və müasirlik” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür” qeydi göstərilməlidir.
Ədəbi nümunələr:
Müsabiqəyə təqdim olunan ədəbi nümunələr üçün həcm məhdudiyyəti yoxdur. Ədəbi nümunələr (həcmi uyğun olarsa) qəzetlərdə çap oluna bilər.
Rəsm əsəri:
Müsabiqəyə təqdim edilən rəsm əsərləri rəngkarlığın və qrafikanın müxtəlif texnikalarından istifadə olunmaqla (sulu boya, yağlı boya, quaş, qara qələm, qarışıq texnika və sair) və istənilən material üzərində işlənə bilər. Müsabiqəyə təqdim olunan rəsm əsərləri minimum 50x60 santimetr ölçüdə olmalıdır.
Müsabiqənin keçirilmə vaxtı:
Müsabiqə 2020-ci il sentyabr ayının 10-dan noyabr ayının 30-dək keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 2020-ci il noyabrın 30-dək şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fonduna təqdim etməlidirlər.
Qaliblər 2020-ci ilin dekabr ayında “5 dekabr – Beynəlxalq Könüllülər Günü” münasibətilə təşkil olunacaq tədbirdə elan olunacaq və mükafatlandırılacaqlar.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
Birinci yer (1 nəfər) – 300 manat
İkinci yer (1 nəfər) – 200 manat
Üçüncü yer (2 nəfər) – 100 manat
Həvəsləndirici yer (2 nəfər) – qiymətli hədiyyələr

Ünvan: Naxçıvan şəhəri, Cəlil
Məmmədquluzadə küçəsi, 15

Gənclər Mərkəzi
Əlaqə telefonu: (036) 550-84-27