Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi işaxtaranları Naxçıvan Regional PeşəTədris Mərkəzində elektrik montyoru peşəsi üzrə kurs keçməyə dəvət edir. Kursun tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər tələb olunan aşağıdakı sənədləri 29 fevral 2020-ci il tarixədək yaşadıqları ərazi üzrə Məşğulluq mərkəzlərinə təqdim ­etməlidirlər:
1.Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3.Tibbi arayış.

Əlaqə telefonu: 545-32-33