Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi iş­axtaranları Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs keçməyə dəvət edir. Kursun tədris müddəti 3 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 1 fevral 2020-ci il tarixədək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim etməlidirlər:
1.Yaşayış yerindən arayış
2.Şəxsiyyət vəsiqəsinin surəti
3.Tibbi arayış

Əlaqə telefonu: 545-32-33