“Naxçıvan” Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli, 737 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən 2019-cu il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Doktoranturaya ödənişli əsaslarla
1. Azərbaycan dili – 1 yer
2. Etnopedaqogika – 1 yer
Dissertanturaya ödənişli əsaslarla
1. Vətən tarixi – 1 yer
2. Beynəlxalq münasibətlər tarixi – 1 yer
3. Müəssisələrin təşkili və idarə olunması – 1 yer
4. Ümumi iqtisadiyyat – 3 yer
5. Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi – 3 yer
“Naxçıvan” Universitetinə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- “Naxçıvan” Universiteti rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun və ona əlavənin müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Ünvan: Naxçıvan şəhəri, Babək məhəlləsi 1
“Naxçıvan” Universiteti şəhərciyi
Telefon: (036)545-07-45