Qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır
- müəssisə rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya fəlsəfə doktoru proqramı üzrə seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədlər 30 dekabr 2019-cu il tarixə qədər saat 0900-dan 1700-a kimi AMEA Naxçıvan Bölməsinin əsas binasında, Təhsil və kadrlar şöbəsində qəbul edilir.

Ünvan: Heydər Əliyev prospekti 76
Əlaqə telefonu: 544-65-97
e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.