Sual: Təsərrüfat əkinlərinin korlanması hansı inzibati məsuliyyət yaradır?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanması inzibati məsuliyyət yaradır və əlli manatdan yüz manatadək məbləğdə cərimə müəyyən edilir.

Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) mətbuat xidməti