Naxçıvan şəhərinin 2018-ci ildə ölkə­mizin Gənc­lər Paytaxtı seçilməsi ilə əlaqədar “Naxçıvan Gənclər Paytaxtıdır” mövzusunda gənclər arasında “Facebook” və “Instagram” sosial şəbəkələrində onlayn fotomüsabiqə keçiriləcəkdir.
Müsabiqənin keçirilməsində məqsəd:
-Naxçıvan Muxtar Respublikasının təbliği və təşviqi:
-muxtar respublikada yerləşən turizm məkanlarının, tarixi abidələrin, bağların və xiyabanların, yeni tikilən körpülərin, yolların, əyləncə və istirahət mərkəzlərinin, salınmış parkların, şəhərciklərin, idman obyektlərinin, təhsil müəssisələrinin fotolar vasitəsilə tanıdılması;
-gənclərin muxtar respublikanın sosial şəbəkələrdə tanıdılmasında və təbliğində fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılması.
Müsabiqə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunur.

Müsabiqədə iştirak:
Müsabiqədə Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaşayan, yaşı 18-29 arasında olan bütün Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan fotolara aid tələblər:
1. Müsabiqədə iştirak etmək üçün foto­şəkillər 5-30 sentyabr 2018-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “nmr_gencler_ve_idman_nazirliyi” “Instagram” və “Naxçıvan MR Gənclər və İdman Nazirliyi” “Facebook” səhifələrinə göndərilməlidir.
2. Müsabiqədə iştirak edəcək müəlliflər ən çoxu üç fotoşəkil təqdim edə bilərlər (daha çox fotoşəkil təqdim edən iştirakçının ilk üç fotoşəkili paylaşılacaq).
3. Müsabiqəyə təqdim olunmuş foto­şəkillər haqqında qısa məlumat yazılmalıdır.
4. Fotoşəkillər 1 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “nmr_gencler_ve_idman_nazirliyi” “Instagram” və “Naxçıvan MR Gənclər və İdman Nazirliyi” “Facebook” səhifələrində paylaşılacaqdır.
5. Müsabiqə 4 oktyabr 2018-ci il tarixdə saat 1700-dək davam edəcəkdir.
6. Fotomüsabiqə qaliblərinin mükafatlandırılması iki nominasiya üzrə “Face­book” və “Instagram” sosial şəbəkələrində aparılacaq.
7. Hər iki nominasiya üzrə paylaşılan fotolardan ən çox bəyənilən üç fotoşəklin müəllifi mükafatlandırılacaqdır.
8. Əgər paylaşılan fotoların bəyənilmə sayı bərabər olarsa, bərabər olan fotoların yerləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir.
9. Fotomüsabiqə qaliblərinin mükafatlandırılması 5 oktyabr 2018-ci il tarixdə saat 1500-da Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində keçiriləcəkdir.
Qaliblərin müəyyənləşdirilməsi üçün aşağıdakı qaydada yerlər müəyyən edilir:
“Facebook” sosial şəbəkəsi üzrə:
Bir-I yer
Bir-II yer
Bir-III yer
“Instagram” sosial şəbəkəsi üzrə:
Bir-I yer
Bir-II yer
Bir-III yer
Müsabiqədə qalib olmuş fotoşəkillərin müəlliflərinə təşkilatçı tərəfindən diplom və qiymətli hədiyyələr təqdim ediləcəkdir.

Əlaqə telefonu: (036) 544-50-06