Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaranları Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs keçməyə dəvət edir. Kursun tədris müddəti 3 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 30 aprel 2018-ci il tarixədək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim etməlidirlər:

1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin ­surəti
3. Tibbi arayış.

Əlaqə telefonu: 545-42-12