Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi 2018-2019-cu tədris ili üçün VII siniflərə və VIII-IX siniflərin vakant olan yerlərinə şagird qəbulu elan edir. Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil

3. Valideynin ərizəsi
4. Təhsil aldığı məktəbdən arayış.
Sənədlər 5 aprel 2018-ci il tarixdən 14 may 2018-ci il tarixədək saat 900-dan 1800-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin tədris korpusunda qəbul edilir.
İmtahan 27 may 2018-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecinin binasında keçiriləcəkdir.
İmtahana buraxılış vərəqələrini 15 may 2018-ci il tarixdən 26 may 2018-ci il tarixədək Şərur Şəhər ­Fizika-Riyaziyyat Təmayüllü Liseyin tədris korpusundan əldə edə bilərsiniz.
Qeyd: Liseyin VII sinfinə qəbul olmaq istəyən şagirdlər riyaziyyat, fizika, ingilis dili, Azərbaycan dili, coğrafiya, biologiya və tarix fənlərindən, VIII-IX ­siniflərinə qəbul olmaq istəyən şagirdlər isə riyaziyyat, fizika, kimya, ingilis dili, Azərbaycan dili, coğrafiya, biologiya və tarix fənlərindən imtahan verəcəklər.

Ünvan: Şərur şəhəri, Sabir küçəsi 26.
Əlaqə nömrələri:(036) 542-31-63
(036) 542-30-76