Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən kənd xidmət mərkəzlərində mövcud olan vakansiyaların kadrlarla təmin edilməsi üçün aprel ayında bərbər-manikürçü peşəsi üzrə kurs təşkil olunacaqdır. Tədrisin müddəti 3 aydır.
Kənd xidmət mərkəzlərində bərbər-manikürçü peşəsinə olan tələbat aşağıdakı kimidir:

 

Kursu müvəffəqiyyətlə bitirənlər qeyd olunan vakansiyalar üzrə işlə təmin olunacaqlar.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər tələb olunan sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim etməlidirlər:

1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış.

Əlaqə telefonu: 545-32-33