Müsabiqədə iştirak etmək istəyən şəxslər 5 mart 2018-ci il tarixdən 5 aprel 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə test imtahanında iştirak üçün qanunvericilikdə müəyyən olunmuş məbləği Komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödəməli və ödənişə dair qəbzi Komissiyaya təqdim etməlidirlər.
Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dan 1730-dək həyata keçirilir.
Namizəd bir neçə dövlət orqanında vakant olan vəzifələrin tutulması üçün müraciət edə bilər.
Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.
Maraqlananlar Komissiyanın (036)545-65-71 nömrəli əlaqə telefonu və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.