Əziz naxçıvanlılar və şəhərimizin qonaqları!

Sizi noyabrın 18-i və 19-da Naxçıvanqalada keçiriləcək “Ailə təsərrüfatı məhsulları” festivalına dəvət edirik. Festivalın açılışı noyabrın 18-də saat 1100-da olacaqdır.
Bərəkətli torpaqları, qədim əkinçilik və heyvandarlıq ənənələri olan muxtar respublikamızda yetişdirilən, öz ətri və dadı ilə seçilən meyvəsi, giləmeyvəsi, kətanköynək cəvizi, badamı, xüsusi zövqlə hazırlanan ləzzətli pendiri, qaymağı, xaması, məşhur qovurması, ecazkar təbiətin bəxş etdiyi qızılgül, limon ətirli kəklikotusu və digər gözəl nemətləri Naxçıvana şöhrət gətirmişdir.

Əziz naxçıvanlılar!

Sizi ailə təsərrüfatlarının məhsullarından faydalanmağa – “Ailə təsərrüfatı məhsulları” festivalına dəvət edirik.