Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin 5% -i məbləğində beh Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin müəyyən etdiyi hesablaşma hesabına 3 iyul 2017-ci il tarixədək ödənilməlidir. Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qa­nunvericilikdə müəyyən edilmiş iştirak haqqı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ 21 NABZ12360100000000005944 nömrəli hesabına köçürülür.
Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Atatürk 42) qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan əmlakların sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər.
Auksionda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunur:
- Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
- ödəniləcək behin qəbzi;
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərrac 7 iyul 2017-ci il tarixdə, saat 1100-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək.

Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38