Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vasitəsilə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 7 oktyabr 2016-cı il tarixdən 7 noyabr 2016-cı il tarixədək aşağıda qeyd olunan sənədləri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Ümumi işlər və kadrlar şöbəsinə təqdim etməlidirlər:

- ərizə;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
- ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə);
- sağlamlıq haqqında arayış;
- 2 ədəd fotoşəkil rəngli fonda (4x6).

Əlavə məlumat almaq üçün:
Telefon: 545-75-35