Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində icra məmuru vəzifələrinə işə qəbulla əlaqədar müsabiqənin vaxtı uzadılmışdır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq icra məmuru vəzifələrinə müsabiqə elan etmişdir. Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, sənədlərin qəbulu 2016-cı il oktyabr ayının 10-dək uzadılmışdır.

Əlavə məlumatlar almaq üçün
545-00-69; 545-22-30
nömrəli telefonlar vasitəsilə müraciət
etmək olar.